Qalatasaray başsız qala bilər
10 Dekabr 2009 Cümə Axşamı 10:35
Qalatasaray başsız qala bilər. Frank Raykardın “Mançester Siti”nin sükanı arxasına keçmək ehtimalı var.
İngiltərənin “Mançester Siti” klubu “Qalatasaray” klubunun baş məşqçisi Frank Raykardı sıralarına qatmaq istəyir.

Klub rəhbərliyi Raykarda 4 illik “Mançester Siti”ni çalışdırmaq təklifi göndərib. İngilis klubu Frank Raykarda illik 5 milyon avro məvacib ödəməyi öz üzərinə götürüb.

Xatırladaq ki, “Mançester Siti”nin hazırki baş məşqçisi Mark Hyuzdur. Klub öz heyətinə Karlos Tevez, Adebayor, Kolo Ture, Robinyo və Santa Kruz kimi ulduz futbolçuları qatsa da, “Mançester Yunayted” və “Çelsi” kimi klubların gölgəsində qalıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar