Qalatasaray Bakıda büdrədi
02 Noyabr 2010 Çərşənbə Axşamı 23:40
"Azərreyl" Türkiyə təmsilçisi Qalatasaraya heç bir şans verməyib.
Bu gün Bakıda voleybol üzrə beynəlxalq turnir start götürüb. Yarışın açılış matçında “Lokomotiv” və “Uraloçka” (Rusiya) komandaları qarşılaşıb. Təəssüf ki, turnir Azərbaycan klubu üçün uğursuz başlayıb. Belə ki, görüşün ilk seti Aleksey Çervyakovun yetirmələrinin xeyrinə başa çatsa da, bu, “dəmiryolçuların” son sevinci olub. Rusiyalıların baş məşqçisi Nikolay Karpolun əsəbiləşməsindən sonra öz oyunlarını tapan “Uraloçka” ardıcıl 3 hissədə qələbə qazanıb.

Qeyd edək ki, Bakı İdman Sarayında keçirilən yarışda Azərbaycan Super Liqasının iştirakçıları - “Rabitə”, “Lokomotiv” və “Azərreyl”lə yanaşı, Rusiyanın “Uraloçka”, “Zareçye-Odintsovo” və Türkiyənin “Qalatasaray” komandaları qalib uğrunda mübarizə aparır.

“Lokomotiv” – “Uraloçka” – 1:3 (25:23, 20:25, 12:25, 20:25)
“Azərreyl” – “Qalatasaray” - 3:0 (25:11, 25:18, 25:21)
“Rabitə” – “Zareçye-Odintsovo” - 3:1 (25:20, 25:21, 25:27; 25:21)
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar