“Qalatasaray” Azərbaycanda futbol məktəbi açır
01 Mart 2011 Çərşənbə Axşamı 15:41
İstanbul təmsilçisi ilə “Neftçi” arasında razılıq əldə olunub
"Neftçi" ilə "Qalatasaray" ikitərəfli müqaviləyə əsasən 2011/2012-ci ildə yoldaşlıq görüşlərində qarşı-qarşıya gələcəklər. ANS PRESS-in “Neftçi” klubuna istinadən verdiyi məlumata görə, Türkiyənin "Qalatasaray" klubu ilə "Neftçi" arasında imzalanan ikitərəfli rəsmi müqavilə İstanbul rəsmiləri tərəfindən təsdiqlənib.
Klublar arasında əlaqələri genişləndirmək məqsədi güdən sazişdə bir çox vacib bəndlər yer alıb. "Neftçi"nin gənc futbolçuları da bu sazişdən yararlana biləcəklər. Belə ki, flaqmanın müxtəlif yaş qruplarında yer alan istedadlı gənc futbolçuları bundan sonra Türkiyə təmsilçisinin düşərgəsində məşq edərək, təcrübələrini artıra biləcəklər.
"Neftçi"nin məşqçilər korpusunda yer alan mütəxəssislər də "Qalatasaray"ın məşqlərini izləmək imkanı yaxalayacaqlar. Həmçinin, İstanbul klubu ölkəmizdə "Qalatasaray" futbol məktəbi açmağı planlaşdırır, məktəbin Azərbaycanda yeganə brendi "Neftçi" PFK olacaq.
DOSTLARINLA PAYLAŞ: