“Qalatasaray” azarkeşləri xiyarlı etiraz aksiyası keçirib
04 Dekabr 2010 Şənbə 06:30
Azarkeşlər “Bu xiyarlardan doğramac olar, amma sizdən heç nə olmaz!” yazılmış şüar açıb
Türkiyənin 4 böyük futbol komandalarından biri olan “Qalatasaray” klubunun azarkeşləri komandanın Floryada olan “Mətin Oqtay” təlim-məşq mərkəzinə hücum edib. ANS PRESS “Htspor.com” saytına istinadən xəbər verir ki, buna səbəb komandanın son vaxtlar oynadığı qarşılaşmalarda göstərdiyi uğursuzluqlar olub. Məlumata görə, 50-yə yaxın azarkeş mərkəzin qapısının qarşısına xiyar qoyub. Mərkəz binasına məşəl, tüstü şaşkası, fişənglər atan azarkeşlər daha sonra “Bu xiyarlardan doğramac olar, amma sizdən heç nə olmaz!” yazılmış şüar açıb. Aksiyaya müdaxilə edən polis gərgin azarkeşləri hadisə yerindən uzaqlaşdırıb.
DOSTLARINLA PAYLAŞ: