Qalatasaray azarkeşləri sevinc içində
19 Noyabr 2012 Bazar Ertəsi 18:03
Mançester Yunayted İstanbula ehtiyat heyətlə gəlib.
İstanbulun "Qalatasaray" klubunun düşərgəsində sevinc yaşanır. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, UEFA Çempionlar Liqasının qrup mərhələsində Türkiyənin "Qalatasaray" klubu ilə qarşılaşacaq İngiltərənin "Mançester Yunayted" klubu heytətini açıqlayıb.

Heyətə "M.Y."nun əsas futbolçularının adı salınmayıb. Baş məşqçi Aleks Ferqyuson sabah İstanbulda baş tutacaq qarşılaşmada Ueyn Runi, David De Heya, Rayan Giggz, Robin van Persi, Sinji Kagava, Luiş Nani, Patris Evra və Coni Evans kimi futbolçuların xidmətinə ehtiyac görməyib.

İstanbulda meydana çıxa biləcək heyəti nəzərinizə çatdırırıq:

Qapıçılar: Sam Johnstone, Anders Lindeqor, Müdafiə: Rafael, Aleksand Buttner, Fil Cons, Tom Thorp, Marnik Vermijl, Skott Vutton,
Orta xətt: Maykl Karrik, David Petruççi, Larnell Kol, Tom Kleverli, Darren Fletçer, Anderson, Nik Pouell, Eşli Yanq, Ryan Tunnicliffe,
Hücum xəti: Xavier Hernandez, Coşua Kinq, Denni Uelbeck, Federiko Maçeda.

Xatırladaq ki, Mançesterdə keçirilən ilk qarşılaşmada ev sahibi komanda "Qalatasaray"ı 1:0 hesabı ilə məğlub etmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar