Qalatasaray axtardığını tapdı
19 Yanvar 2011 Çərşənbə 17:20
İstanbul klubu Qalatasaray kolumbiyalı qolkiper Robinson Zapata ilə razılığa gəlib.
Türkiyənin “Qalatasaray” klubu uzun müddət axtardığı qapıçını nəhayət ki, tapıb. İstanbul təmsilçisi kolumbiyalı qolkiper Robinson Zapata ilə razılığa gəlib. ANS PRESS-in “Doğan” agentliyinə istinadən verdiyi məlumata görə, Zapata artıq bu gün axşam klubla rəsmi müqavilə imzalayacaq. “Qalatasaray” 33 yaşlı qapıçını azad agent statusu əsasında heyətinə qatıb.
Xatırladaq ki, karyerasına Kolumbiyanın “Amerika de Kali” klubunda başlayan Zapata sonradan Rumıniyanın ”Styaua” (Buxarest) klubuna transfer olunmuşdu. anspress
DOSTLARINLA PAYLAŞ: