Basketbol üzrə FİBA Avropa Kubokunun ikinci matçında İtaliyanın "Kras Basket Taranto" klubunu 82-61 hesabı ilə məğlub edən "Qalatasaray" qadın basketbol klubu Avropa çempionu olub. 2000-ci ildə UEFA Kubokunu qazanan "Qalatasaray" futbol komandasından sonra "Qalatasaray"ın basketbol komandası daha bir Avropa kubokunu Türkiyəyə gəirib. İtaliyada keçirilən ilk matçda 67-55 hesabı ilə məğlub olan "Qalatasaray" revanş matçının əsas vaxtında 69-57 hesabı ilə qalib gələrək hesabı bərabərləşdirib və matçda əlavə vaxta ehtiyac yaranıb. Oyuna artırılmış əlavə vaxtda da üstünlüyünü davam etdirən "Qalatasaray", matçı 21 top fərqiylə qazanaraq, qadın basketbolunda Türkiyəyə ilk Avropa kubokunu qazandıran komanda olub. /ANS PRESS/