"Qalatasaray" İspaniyanın "Atletiko Madrid" klubunun qapıçısı Leo Frankonu transfer edib. İspaniya qəzetləri "Qalatasaray"ın "Atletiko Madrid"lə müqaviləsi başa çatan argentinalı qapıçı Leo Franko ilə 3 illik müqavilə imzaladığı barədə xəbər yayıb. "Qalatasaray"ın uzun müddətdir danışıqlar apardığı Leo Franko ilə razılığa gəldiyi və 3 illik müqaviləyə imza atan argetinalı qapıçının İstanbula gedəcəyi bildirlir.
Qeyd edək ki, 32 yaşlı argentinalı qapıçı 2004-cü ildən "Atletko Madrid"də çıxış edir. /ANS PRESS/