Qalatasaray Ardaya əlvida deyir
20 İyul 2010 Çərşənbə Axşamı 18:00
İstanbul klubu Qalatasaray futbolçunu satmağa qərar verib.
Türkiyənin “Qalatasaray” klubu Arda Turanın transfer dəyərini açıqlayıb. Futbolçunu heyətinə qatmaq istəyən klub “Qalatasaray”a 12 milyon avro ödəməlidir.

Uzun müddətdir klubdan ayrılacağı gözlənilən Arda Turanın meneceri Ahmet Bulut hazırda İngiltərədə bir neçə klubla danışıqlar aparır. Arda ilə yaxından maraqlanan klublar arasında “Liverpul” və “Tottenhem”in adı hallanır.

Ardanın bu klublardan hansına transfer olunacağı yaxın günlərdə bilinəcək. anspress



DOSTLARINLA PAYLAŞ:

oyunlar