"Qalatasaray" Arda ilə bağlı rəsmi açıqlama yaydı
11 Aprel 2011 Bazar Ertəsi 17:10
İstanbul klubu “Atletiko” nümayəndələri ilə transfer danışıqları aparır
Türkiyənin “Qalatasaray” klubu Arda Turanla bağlı rəsmi açıqlama yayıb. ANS PRESS-in “Goal.com” saytına istinadən verdiyi məlumata görə, İstanbul klubu futbolçunun transferi ilə bağlı İspaniyanın “Atletiko” (Madrid) klubu ilə danışıqlara başlanıldığı bildirib.
“Peşəkar futbolçumuz Arda Turanla bağlı “Atletiko” klubu ilə danışıqlara başlamışıq. Transferin detalları barədə mətbuata məlumat veriləcək”, - deyə “Qalatasaray”ın bəyanatında deyilir.
“Qalatasaray” rəhbərliyinin Ardanın transferi üçün qarşı tərəfdən 12,5 milyon avro istədiyi yayılan xəbərlər arasındadır.
Xatırladaq ki, “Atletiko” klubunun prezidenti Enrike Cerezo ötən həftə İstanbula gələrək Ardanın transfer danışıqlarına başlamışdı.
DOSTLARINLA PAYLAŞ: