"Qalatasaray”a yeni baş məşqçi təyin edildi Georgi Hacı
21 Oktyabr 2010 Cümə Axşamı 09:55
Georgi Hacı ilə 1,5 illik müqavilə imzalanıb.
Türkiyənin “Qalatasaray” klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib. Hollandiyalı baş məşqçi Frank Raykard istefaya göndərildikdən sonra rəhbərlik Fatih Terimlə danışıqlara başlasa da türkiyəli futbol mütəxəssisi “Qalatasaray”ı çalışdırmaqdan imtina edib. Fatih Terimlə “Qalatasaray”ın prezidenti Adnan Polat arasında danışıqların 3 saat davam etdiyi bildirilir. Bundan sonra rəhbərlik Rumıniyanın Buxarest şəhərində olan Georgi Hacı ilə danışıqlara başlayıb. Hacı ilə “Qalatasaray” klubu arasında 1,5 illik müqavilə imzalandığı bildirilir.
Xatırladaq ki, Georgi Hacı futbolçu kimi 1996-2001-ci il ərzində “Qalatasaray”ın formasını geyinib. Georgi Hacı 2004-2005-ci il mövsümündə də “Qalatasaray” klubunun baş məşqçisi olub. Həmin mövsüm İstanbul klubu çempionatı 3-cü yerdə başa vurub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: