Qadın voleybolçularımız Xorvatiyaya uduzdu
06 Sentyabr 2013 Cümə 23:55
Azerbaycan Qadın voleybol millisi Xorvatiyaya uduzdu.
Bu gün qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinə start veriib. ANS PRESS-in məlumatına görə, Azərbaycan millisi ilk matçındaca Xorvatiyaya məğlub olub.

Almaniyada baş tutan göruşdə Faiq Qarayevin yetirmələri hər üç setdə uduzub. 6 sentyabr Azərbaycan – Xorvatiya - 0:3 (15:25, 22:25, 21:25).

Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununda Belarus yığması ilə qarşılaşacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar