Qadın voleybolçularımız qalib gəldi 
    15 Yanvar 2010 Cümə 10:25
    “Rabitə” “Roşvil”i məğlub edib
    
                	 
    
         Qadın voleybolçulardan ibarət “Rabitə” klubu Avropa Voleybol Konfederasiyası Kuboku uğrunda 1/8 final mərhələsi çərçivəsində cavab qarşılaşmasına çıxıb. 
“Rabitə” gərgin mübarizədə Fransanın “Roşvil” klubunu mübarizədən kənarlaşdırıb. İlk oyunda səfərdə 1:3 hesabı ilə uduzan voleybolçularımız cavab görüşündə 3:0 hesabı ilə inamlı qələbə qazanıblar. 
Setlər müvafiq olaraq 25:22, 25:21, 25:18 voleybolçularımızın qələbəsi yekunlaşıb. 
Bununla da yığmamız 1/4 finala vəsiqə qazanıb. Bu mərhələdə “Rabitə” Türkiyənin “Əczaçıbaşı Zentiva” kollektivi ilə üz-üzə gələcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: