Qadın voleybol yığmalarının reytinq siyahısı açıqlanıb
18 Noyabr 2010 Cümə Axşamı 15:20
Komandamız ötən ayla müqayisədə 3 pillə geriləyib
Beynəlxalq Voleybol Federasiyası (FİVB) qadın voleybolçulardan ibarət yığmaların növbəti reytinq cədvəlini açıqlayıb. Yığmamız ötən ayla müqayisədə 3 pillə geriləyərək hazırki siyahıda 36-cı pillədə qərarlaşıb.

İlk sırada isə Braziliya yığması yer alır. Cənubi amerikalılar bir neçə gün əvvəl başa çatmış Dünya çempionatının finalında Rusiyaya məğlub olmalarına baxmayaraq, reytinq siyahısına liderlik edirlər. Braziliya kollektivini ikinci pillədə olan ABŞ və üçüncü yerdə qərarlaşmız İtaliya komandası izləyir.

Son Dünya çempionatının qalibi olan Rusiya voleybolçuları isə reytinq siyahısının 6-cı pilləsində qərarlaşıblar. Türkiyənin qadın voleyboçlulardan ibarət yığması isə 12-ci pillədə qərarlaşıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar