Qadın təmsilçimiz qızıl medal qazandı
14 İyun 2010 Bazar Ertəsi 16:00
Güləşçilərimiz Avstriyada qüvvələrini sınayıblar.
Avstriyanın Hötzis şəhərində qadın güləşçilərin 12-ci Açıq Avstriya Beynəlxalq turniri keçirilib.
Turnirdə iştirak edən qadınlardan ibarət yığma komandamız 1 qızıl medal qazanıb.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, 67 kq çəki dərəcəsində mübarizə aparan Zümrüd Qurbanhacıyeva bütün rəqiblərindən üstün olub. Sona Əhmədli (59 kq) və Dina İvanova (72 kq) 5-ci yerlə kifayətlənib.
Xatırladaq ki, komandamız Avstriyaya böyük məşqçi Kurban Kurbanovun rəhbərliyi altında yollanmışdı, Elman İsmayılov isə turnirdə ölkəmizi hakim kimi təmsil edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: