Qadın legioner karyerasını Azərbaycanda davam etdirəcək
23 Fevral 2011 Çərşənbə 15:17
Martina Nosekova “Azerreyl”in heyətinə cəlb edilib
“Çelenc Cup” turnirində ölkəmizi təmsil edən “Azərreyl” voleybol klubu heyətini bir qədər də gücləndirib. ANS PRESS-in Slovakiya mətbuatına istinadən verdiyi məlumata görə, ölkəmizin ən titullu klubu heyətinə yerli voleybolçu Martina Nosekovanı cəlb edib.

25 yaşlı voleybolçu karyerası ərzində İtaliya klublarının formasını geyinib. Qadın voleybolçu həmçinin 2009-cu ildə Polşada keçirilən Avropa çempionatında Slovakiya yığma komandasının şərəfini qoruyub.

Qeyd edək ki, Martina Nosekovanın bu gün “Çelenc Cup” turnirinin 1/4 final mərhələsi matçında Finlandiyanın “Salo” klubu ilə görüşdə meydana çıxacağı gözlənilir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar