Qadın jurnalist bodibildinq çempionu oldu
20 Aprel 2011 Çərşənbə 04:50
“Müxbirliyin öhdəsindən gələn bir insan idman sahəsində də uğurlar əldə edə bilər”
Türkiyənin ictimai telekanalı TRT-nin qadın müxbiri İşıl Okan 15 – 17 aprel tarixlərdə Bursa şəhərində keçirilən bodibildinq, fitness və wellness üzrə müsabiqədə ölkə çempionu oldu. Türkiyə çempionu olan qadın müxbirin növbəti hədəfi dünya çempionluğudur. Bir övladı olan Okan müxbirliyin öhdəsindən gələn bir insanın idman sahəsində də uğurlar əldə edə biləcəyini deyib: “Müxbir olmaq onsuzda çətin bir işdir. Fikirləşdim ki, bu ağırlığı qaldıra bildiyimə görə bodibildinqlə də məşğul ola bilərəm. Jurnalist olmaqla yanaşı çempion olmaq mümkün olduğunu da isbat etdim”.
Noyabr ayında keçiriləcək dünya çempionatına hazırlaşan İşıl Okan əldə etdiyi nəticənin özü üçün sürpriz olmadığını deyib. Qadın jurnalist həmçinin sağlam həyat üçün hamını idman etməyə dəvət edib.
DOSTLARINLA PAYLAŞ: