Qadın hakimlərimiz AÇ-nin seçmə mərhələsində
06 Avqust 2012 Bazar Ertəsi 14:48
FIFA referisi Səbayel Qurbanova beynəlxalq oyunlara təyinat alıb.
FIFA referisi Səbayel Qurbanova beynəlxalq oyunlara təyinat alıb. ANS PRESS-in AFFA-nın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, sentyabrın 30-dan oktyabrın 7-dək 17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin Belarusda keçiriləcək 9-cu qrupunun oyunlarını idarə edəcək hakimlərdən biri Səbayel Qurbanova olacaq.

Turnirdə daha bir təmsilçimiz - FIFA referi köməkiçisi Gülyana Güvəndiyeva da iştirak edəcək. Bu qrupda Belarus, Finlandiya, İrlandiya və Gürcüstan yığmaları mübarizə aparacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar