Qadın güləşçimiz dünya üçüncüsü oldu
16 Sentyabr 2011 Cümə 03:17
Sona Əhmədli İstanbulda keçirilən güləş üzrə dünya çempionatında bürünc medal qazanıb
Azərbaycan idmançısı Sona Əhmədli (59 kq) İstanbulda keçirilən güləş üzrə dünya çempionatında bürünc medala sahib olub. AzərTAc xəbər verir ki, 1/16 finaldan start götürən güləşçimiz qazaxıstanlı Olqa Kalininaya qalib gəlib. Növbəti mərhələlərdə Rusiya idmançısı Valeriya Jolobovanı, Belarusdan olan Nadya Mixalkovanı məğlub edib, yalnız yarımfinalda ukraynalı Qana Vasilenkoya uduzub. Lakin bürünc medal uğrunda mübarizə aparmaq şansı qalmış S.Əhmədli bu mərhələdə Kanada güləşçisi Amanda Herharta qalib gələrək (1:0 və 2:1) bürünc medal qazanıb.
DOSTLARINLA PAYLAŞ: