Qadın cüdoçuya hicabda çıxış etməyə icazə verildi
01 Avqust 2012 Çərşənbə 10:56
İcazə Beynəlxalq Olimpiya Komitəsi ilə Səudiyyə Ərəbistanı rəsmiləri arasında əldə edilən razılığa əsasən verilib.
2012-ci il London Yay Olimpiya Oyunlarında Səudiyyə Ərəbistanından olan qadın-dzüdoçuya yarışlarda hicabda iştirak etməyə icazə verilib. İcazə Beynəlxalq Olimpiya Komitəsi ilə Səudiyyə Ərəbistanı rəsmiləri arasında əldə edilən razılığa əsasən verilib.
Qeyd edək ki, ötən həftə Olimpiada təşkilatçıları dzüdoçu Voydan Əli Şakərxaniyə təhlükəsizlik tədbiri olaraq hicabda çıxış etməyi qadağan etmişdilər. Lakin Səudiyyə Ərəbistanı nümayəndələri müsəlman ölkəsindən olan qadın idmançının İslam qaydalarına uyğun geyinməsində təkid ediblər. İndi hər iki tərəf kompromiss əldə edərək,18 yaşlı dzüdoçunun cümə günü keçiriləcək yarışda hicab geyinməsinə icazə verilib.
Voydan Əli Şakərxaniyə bir müddət əvvəl atası yarışlarda başçıaçıq çıxış etməyi qadağan etmişdi.
Qeyd edək ki, London Olimpiya Oyunlarında Olimpiada tarixində ilk dəfə Səudiyyə Ərəbistanından 2 qadın idmançı iştirak edir.
DOSTLARINLA PAYLAŞ: