Qadın boksçularımız Bolqarıstandan medalla döndülər
27 Fevral 2012 Bazar Ertəsi 12:53
Bu ölkədə “Strandja” turnirinə yekun vurulub.
Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turnirinə yekun vurulub. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, qadınlardan ibarət milli komandamızın üzvləri yarışda 2 bürünc medal qazanıblar. 51 kq çəki dərəcəsində mübarizə aparan Anna Əlimərdanova Çexiya boksçusu Yana Yuranovanı 15:4 hesabı ilə məğlub edib.

Ancaq həmyerlimiz yarımfinalda italiyalı Valeria Kalabrezeniyə 6:9 hesabıyla uduzaraq, 3-cü yerlə kifayətlənib. 75 kq çəki dərəcəsində yarışan Yelena Vıstropova da “Strandja” turnirində 3-cü yerə sahib olub. Boksçumuz əvvəlcə almaniyalı Anna Strohmayerə 18:7 qalib gəlsə də, yarımfinalda çinli Li Jinziyə 9:13 hesabı ilə uduzub. Ayzanat Hacıyeva (60 kq) isə ilk döyüşdə ukraynalı Aleksandra Sidorenkoya 5:9 hesabıyla məğlub olaraq, mübarizəni dayandırıb.

Təəssüf ki, oğlanların turnirində mübarizə aparan 5 boksçumuz – Tural Əhmədov (52 kq), Rəhim Nəcəfov (56 kq), Elvin İsayev (60 kq), Emil Məhərrəmov (69 kq) və Zamiq Atakişiyev (91+kq) ilk döyüşdə uduzaraq, yarışdan kənarda qalıblar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar