Qadın boksçular rinqə yubkada çıxacaq
10 Mart 2012 Şənbə 21:52
AİBA-nın prezidenti: “Bəzi qadınlar ənənəvi idman geyimində, bəziləri isə yubkada çıxış etmək istəyir”
Qadınlar Londonda Olimpiya turnirində rinqə idman yubkalarında çıxa biləcəklər.
Belə bir qərarı Beynəlxalq Həvəskar Boks Assosiasiyası qəbul edib.

Olimpiya proqramının yeni iştirakçılarının (qadın boksu ilk dəfə məhz London Olimpiadasında təmsil olunacaq) yubkalarının uzunluğuna və biçiminə heç bir məhdudiyyət qoyulmayacaq. Ürəyi istəyənlər adi şort və digər idman forması da geyinə bilərlər.

AİBA-nın prezidenti Çinq-Kuo Vu qərarı şərh edərək deyib ki, onlar heç vaxt qadınlardan rinqə yubkada çıxmağı xahiş etməyib: “Biz formalara dair milli federasiyalardan və boksçulardan müxtəlif tövsiyələr almışıq. Komissiyamız qaydalara müvafiq olaraq müzakirələr aparıb. Bəzi qadınlar ənənəvi idman geyimində, bəziləri isə yubkada çıxış etmək istəyir. Biz isə seçim etmək hüququnu qadınlara vermək qərarına gəlmişik”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar