Qadın azarkeşi öpən futbolçular "ilişdi"
18 Oktyabr 2010 Bazar Ertəsi 21:45
İranlı idmançılar barəsində həbs-qətimkan tədbiri seçilib.
İranda qadın azarkeşlərini öpdüyünə görə üç futbolçu həbs edilib. Bu barədə İranın "Rajanews" xəbər portalı məlumat yayıb. Məlumata görə, İslama zidd davranışlarına görə, idamançılar barəsində həbs-qətimkan tədbiri seçilib. Lakin portal idmançıların adlarını və hansı komandanı təmsil etmələri barədə açıqlama verməyib. Saytın yazdığına görə, komandanın baş məşqçisi idmançların həbsini əngəlləmək üçün hökumətlə danışıqlar aparır.

Xatırladaq ki, İranlı bir aktrisa 2003-cü ildə mükafatlandırma mərasimində filmin rejissorunu öpdüyü üçün 74 qırmanc cəzasına məhkum edilmişdi. Lakin sonradan hökmün icrası təxirə salınmışdı. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar