Puyol 100 min avrosundan keçəcək
08 Mart 2011 Çərşənbə Axşamı 17:21
Futbolçu pulu Beynəlxalq Qırmızı Xaç fonduna köçürəcək
Bu gün UEFA Çempionlar Liqası turniri çərçivəsində keçiriləcək “Barselona” – “Arsenal” matçından əvvəl Karles Puyola 100 min avroluq xüsusi çek təqdim olunacaq. ANS PRESS-in UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, “Barselona” klubu və İspaniya yığmasının kapitanı Avropa İttifaqı yığmasının kapitanı seçildiyi üçün bu mükafata layiq görülüb. Karles Puyol əldə edəcəyi pul mükafatını Beynəlxalq Qırmızı Xaç fonduna köçürməyə qərar verib.

Xatırladaq ki, Karles Puyol UEFA-nın rəsmi saytında azarkeşlərin səsverməsi nəticəsində Avropa İttifaqı yığmasının kapitanı seçilmişdi. O, 230 min azarkeşin səsini qazanmışdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar