Rusiyanın baş naziri Vladimir Putin “Vneşnoekonombank”ın Müşahidə Şurasının iclasını açarkən tədbirə toplaşanları futbol barədə danışmamağa çağırıb.
“Futboldan bir kəlmə belə danışmayın”, - deyə Putin bildirib.
Onun birinci müavini Viktor Zubkov isə öz növbəsində vurğulayıb ki, futbol barədə artıq hər şey danışılıb.
Xatırladaq ki, dünən futbol üzrə Rusiya yığma komandası Dünya çempionatı - 2010-nun play-off mərhələsi çərçivəsində səfərdə Sloveniya millisi ilə həlledici cavab matçına çıxıb. 0:1 hesabı ilə məğlub olan ruslar dünya çempionatına "əlvida" deyiblər.
ANSPRESS