Putin: “Argentina yaxşı oynayır”
20 İyun 2010 Bazar 11:20
Baş nazir Putin DÇ-2010-da kimə azarkeşlik etdiyini gizlədib.
Rusiyanın baş naziri Vladimir Putin hesab edir ki, hazırda Cənubi Afrika Respublikasında keçirilən futbol üzrə Dünya çempionatında Argentina millisi yaxşı təsir bağışlayır.

Moskvada əlillərin ictimai mərkəzinə baş çəkən zaman oranın əməkdaşlarından biri Putinə futbol üzrə Dünya çempionatında hansı komandaya azarkeşlik etdiyi barədə sual verib.

- Əməkdaş: “Siz Dünya çempionatında hansı komandaya azarkeşlik edirsiniz?”

- Putin: “Demək çətindir, Argentina yaxşı oynayır”.

- Əməkdaş: “Mən isə düşünürəm ki, çempion Braziliyadır”.

- Putin: “Nədənsə avropalılar özlərini yaxşı tərəfdən göstərə bilmirlər". ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar