PSJ yeni loqotipini təqdim etdi
22 Fevral 2013 Cümə 16:34
Loqotip yeni mövsümdən istifadə olunacaq.
Fransanın “Pari Sen-Jermen” klubu bu gün öz yeni loqotipini təqdim edib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, loqotip yeni mövsümdən istifadə olunacaq. Yeni emblemdə Paris yazısı daha böyük şriftlərlə verilib və mərkəzdə Parisin simvolu olan Eyfel qülləsi yer alıb. Loqotipdə həmçinin Fransada kral hakimiyyətinin simvolu hesab edilən heraldika zambağı təsvir edilib.

“Yeni loqotip klubun dünyadakı imici üçün çox vacibdir. Biz PSJ-ni dünyanın ən məşhur brendi kimi tanıtmaq niyyətindəyik”, - deyə klubun prezidenti Nasser Əl-Xelafi bildirb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar