PSJ klubu Pedro üçün 40 milyon avro teklif edib
27 Avqust 2013 Çərşənbə Axşamı 07:47
Paris təmsilçisi PSJ klubu “Barselona”nın yarımmüdafiəçisi Pedro ilə maraqlanır.
Fransanın PSJ klubu daha bir futbolçunu heyətinə qatmaq istəyir. Apasport İspaniya mətbuatına istinadən xəbər verir ki, Paris təmsilçisi “Barselona”nın yarımmüdafiəçisi Pedro ilə maraqlanır.

Belə ki, fransız klubu 26 yaşlı futbolçu üçün 40 milyon avro təklif etməyə hazırlaşır.

Bu transfer iddiasına münasibət bildirən Pedro isə PSJ kimi bir klubun onunla maraqlanmasına çox sevindiyini, ancaq “Barselona”dan ayrılmaq istəmədiyini deyib.

Qeyd edək ki, İspaniya millisinin də üzvü olan Pedro “Barselona” klubunun yetirməsidir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar