PSJ bombanı partlatdı
10 İyul 2013 Çərşənbə 11:29
64 milyonluq transfer.
Fransanın PSJ klubu mövsümün transfer bombasını partladıb. ANS PRESS-in məlumatına görə, klub "Napoli"nin qoleadoru Kavaninin transferində xoş nəticə əldə edib. "Napoli" ilə PSG Kavaninin 64 milyon avroya transeferində razılaşıblar.

Kavani ilə PSJ 5 illik razılıq əldə ediblər. Futbolçunun fransızlardan ildə 10 milyon avro maaş alacağı qeyd edilib.

Kavani PSJ-nin bonservisinə ödədiyi 64 milyon avro ilə dünyanın ən bahalı oyunçusu olub. Daha öncə rekord Monakonun 60 milyon avro ödədiyi Falkaoda idi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar