Prezident Rabitə klubuna 500 min manat ayırıb
18 Oktyabr 2011 Çərşənbə Axşamı 19:36
Qadın voleybol klubları arasında dünya çempionatının qalibi olmuş Azərbaycan çempionu Rabitə klubu mükafatlandırılıb.
Prezident İlham Əliyev "Rabitə" voleybol klubunun mükafatlandırılması haqqında sərəncam imzalayıb. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Qətərin paytaxtı Doha şəhərində keçirilmiş qadın voleybol klubları arasında dünya çempionatının qalibi olmuş "Rabitə" voleybol klubuna Prezidentin Ehtiyat Fondundan 500 min manat məbləğində vəsait ayrılacaq.
Maliyyələşmənin müəyyən olunmuş qaydada təmin edilməsi Maliyyə Nazirliyinə tapşırılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: