Prezident idmançıları mükafatlandırdı
18 Dekabr 2012 Çərşənbə Axşamı 19:10
Olimpiya çempionlarına Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdləri verilib.
Azərbaycan orezidenti İlham Əliyev idman ictimaiyyətinin bir sıra nümayəndələrinə fəxri adların, Azərbaycan Prezidentinin fərdi təqaüdlərinin və Azərbaycan Prezidentinin xüsusi olimpiya təqaüdlərinin verilməsi haqqında sərəncamlar imzalayıb. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, İlham Əliyevin imzaladığı sərəncama əsasən, Azərbaycan Respublikasında idmanın inkişafında xidmətlərinə görə Abdullayev Namiq Yədulla oğluna, Eyvazov Məmməd Fətəli oğluna, Hətəmov Rəhman Süleyman oğluna və Məmmədov Ceyhun Məhəmməd oğluna "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi" fəxri adı verilir.

Prezidentin digər sərəncamı ilə Azərbaycan Respublikasında idmanın inkişafında xidmətləri olan Allahverdiyev Yaşar Bəxtiyar oğluna, Sideifzadə Fikrət İsrafil oğluna və Yusifov Ramiz Yusif oğluna Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilib.

Digər sərəncamla isə Olimpiya oyunları çempionlarına - Belenki Valeri Vladimiroviçə, Əsgərov Toğrul Şəhriyar oğluna və Şərifov Şərif Naibqadjavoviçə Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdləri verilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar