Prezident dövlət agentliyinə sədr təyin etdi
02 Fevral 2013 Şənbə 20:33
Akim Bədəlov Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri vəzifəsində çalışacaq.
Prezident İlham Əliyev Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr təyin edilməsi haqqında sərəncam imzalayıb. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Akim Bədəl oğlu Bədəlov Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri təyin edilib.

Prezident İlham Əliyev həmçinin ölkədə alternativ və bərpa olunan enerji sahəsində idarəetmə sistemini təkmilləşdirmək məqsədi alternativ və bərpa olunan enerji sahəsində əlavə tədbirlər haqqında fərman imzalayıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar