Premyer Liqaya start veriləcək
07 Mart 2009 Şənbə 14:40
Turnir cədvəlinə başçılıq edən "Bakı" 30 xalla 5-ci pillədə qərarlaşan "Qarabağ"ı qəbul edəcək

 

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tur matçlarına start veriləcək. XVII turun mərkəzi matçı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. 38 xalla turnir cədvəlinə başçılıq edən "Bakı" 30 xalla 5-ci pillədə qərarlaşan "Qarabağ"ı qəbul edəcək. Baş məşqçisini istefaya göndərən "Neftçi" isə səfərdə Zaqatalanın "Simurq" klubu ilə qarşılaşacaq. Bu qarşılaşmaya "Neftçi"ni Böyükağa Ağayev çıxaracaq. XVII tur çərçivəsində keçiriləcək qarşılaşmaların başlanma vaxtını, stadionları və oyunları idarə edəcək hakimləri diqqətinizə çatdrırıq:

7 mart

"Turan" – MOİK
Başlanma saatı: 15.00
Stadion: Tovuz şəhər stadionu
Hakim: Elçin Məmmədov

"Qəbələ" - "İnter"
Başlanma saatı: 15.00
Stadion: Qəbələ şəhər stadionu
Hakim: Fariz Yusifov

"Bakı" - "Qarabağ"
Başlanma saatı: 17.00
Stadion: Tofiq Bəhramov adına Respublika stadionu
Hakim: Babək Quliyev


"Olimpik" - "Bakılı"
Başlanma saatı: 15.00
Stadion: "Şəfa" stadionu
Hakim: Elçin Səmədli

8 mart (bazar)

"Muğan" - "Xəzər-Lənkəran"
Başlanma saatı: 15.00
Stadion: Salyan Olimpiya İdman Kompleksinin stadionu
Hakim: Anar Salmanov

"Simurq" - "Neftçi"
Başlanma saatı: 18.00
Stadion: Zaqatala Olimpiya İdman Kompleksinin stadionu
Hakim: Azad Mütəllimov

"Standard" - "Karvan"
Başlanma saatı: 18.00
Stadion: "Şəfa" stadionu
Hakim: Rövşən Əhmədov

Elvin Rəsul/ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar