Premyer Liqanın püşkü atıldı
14 İyul 2012 Şənbə 17:57
Azərbaycan çempionatının ilk turunun oyunları 4-5 avqust tarixlərində keçiriləcək.
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2012-2013-cü il mövsümünün püşkatma mərasimi keçirilib. ANS PRESS-in Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, saat 12.00-da AFFA-nın inzibati binasında başlayan mərasimdə PFL-in prezidenti Ramin Musayev ilə yanaşı klub rəsmiləri və KİV nümayəndələri iştirak ediblər.

Premyer Liqada ilk turun oyunları 4-5 avqust tarixlərində keçiriləcək. Püşkatmanın nəticəsinə görə birinci turda qarşılaşmalar aşağıdakı kimi qərarlaşıb:

"Neftçi" – "Bakı"
"İnter" – "Qarabağ"
"Sumqayıt" – AZAL
"Simurq" – "Qəbələ"
"Rəvan" – "Xəzər Lənkəran"
"Kəpəz" – "Turan"


DOSTLARINLA PAYLAŞ:

oyunlar