Premyer Liqada XXV turun 4 oyunu keçirilib
10 May 2009 Bazar 10:25
"Qarabağ" Ağdamda "Xəzər-Lənkəran"ı məğlub edərək 4-cü pilləyə yüksəlib

 

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tur matçlarına start verilib. Premyer Liqanın lideri “Bakı” Tovuzda “Turan”ın qonağı olub. Qarşılaşmadan 2-0 hesablı qələbə ilə ayrılan paytaxt təmsilçisi xalını 59-a yüksələdərək liderliyini davam etdirib. “Bakı”nın izləyicisi “İnter” isə bu tur Yevlaxda “Karvan”la qarşılaşıb. “Karvan”ı 4-0 hesabı ilə məğlub edən “İnter” xalını 58-ə çatdırarq çempionatın sonuna bir tur qalmış “Bakı”nı izləməkdə davam edir. Bürünc medallar uğrunda mübarizə aparan “Xəzər-Lənkəran” isə Ağdamda “Qarabağ”ın qonağı olub. Bu qarşılaşmada 1-0 hesablı qələbə qazanan “Qarabağ” xalını 48-ə çatıraraq “Xəzər-Lənkəran”ı qabaqlayıb və turnir cədvəlində 4-cü pilləyə yüksəlib. Aktivində 47 xalı olan “Xəzər-Lənkəran” isə 5-ci pilləyə geriləyib. “Neftçi” isə bu tur “Bakılı”nı 3-0 hesabı ilə məğlub edib. Premyer Liqanın XXV turuna mayın 11-də keçiriləcək 3 qarşılaşma ilə yekun vurulacaq.

11 may, bazar ertəsi

MOİK - "Olimpik"
"Şəfa" stadionu, 17.00

"Muğan" - "Standard"
Salyan şəhər stadionu, 17.00

"Simurq" - "Qəbələ"
Zaqatala şəhər "Simurq" stadionu, 20.00 ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar