Premyer Liqada ilk turun oyunlarına başlanıb
04 Avqust 2012 Şənbə 20:47
İki oyun bitib, biri isə davam edir.
Bu gün fubol üzrə Azərbaycan Premyer Liqasında ilk turun oyunlarına başlanıb. Sumqayıtın eyniadlı "Sumqayıt" klubu evdə Şüvəlanın "AZAL" komandası ilə heç-heçə edib (2:2).

Tovuzun "Turan" klubu isə səfərdə Gəncənin "Kəpəz" klubunun qonağı olub. Oyun 2:1 tovuzluların xeyrinə bitib.

Zaqatalada isə yerli "Simurq" klubu Qəbələnin eyniadlı komandasını qəbul edib. Hazırda "Qəbələ" 1:0 hesabıyla öndədir.

Qeyd edək ki, turun qalan iki görüşü isə sabah keçiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar