Portuqaliya yığmasına qalib gəlmək istəyirik
25 Mart 2013 Bazar Ertəsi 14:23
Bert Foqts Portuqaliya ilə oyun öncəsi mətbuat konfransı keçirib.
Bu gün Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Portuqaliya ilə oyun öncəsi mətbuat konfransı keçirib. ANS PRESS-in verdiyi məlumata görə, mətbuat konfransına köməkçisi Olfa Yansenlə birgə qatılan almaniyalı çalışdırıcı Azərbaycan millisinin hazırlığından razı qaldığını deyib və bildirib ki, martın 26-da Azərbaycanı Portuqaliya ilə çətin oyun gözləyir.
"Bizi sabah dünyanın ən güclü yığmalarından biri gözləyir. Vaqif Cavadovun zədəsi olduğuna görə heyətdə olmayacaq", - deyə Foqts qeyd edib.
"Portuqaliya yığmasında itkilər lehimizə olacaqmı?" sualına cavabında isə Foqts deyib ki, Ronaldo, Naninin oynamamağı işimizi çətinləşdirir. "Çünki hər ikisi oynayanda, diqqət onlara olacaqdı. Bu dəfə 11 nəfərin hamısı diqqət mərkəzində olacaq", deyə almaniyalı çalışdırıcı bildirib.
Məşqçi həmçinin komandasının sürpriz edəcəyinə ümid etdiyini söyləyib: “Ümid edirəm ki, sürpriz etməyə çıxacağıq. Dediklərimdə diqqətli olmalıyam. Çünki sabah sürpriz olmasa, oyundan sonra mətbuat konfransında ilk sualınız bu olacaq. Biz nəticə üçün çıxacağıq. Portuqaliya yığmasına qalib gəlmək istəyirik”, - deyə B. Foqts əlavə edib.
DOSTLARINLA PAYLAŞ: