Portuqaliya yığması başsız qaldı
19 Avqust 2010 Cümə Axşamı 15:35
Karluş Keyruş 1 aylıq diskvalifikasiya olunub.
Futbol üzrə Portuqaliya yığmasının baş məşqçisi Karluş Keyruş bir aylıq diskvalifikasiya edilib. Portuqaliya Futbol Federasiyası baş məşqçini Andopinq komitəsinin rəhbəri Luiş Ortu təhqir etdiyinə görə, bu cəzaya layiq görüb.

Bununla da Karluş Keyruşun Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Kipr və Norveç komandalarına qarşı oyunlarda Portuqaliya yığmasına rəhbərlik edə bilməyəcəyi məlum olub. Bu oyunlarda baş məşqçinin vəzifəsini müvəqqəti olaraq onun köməkçilərindən biri icra edəcək.

Keyruş yalnız oktyabrda baş tutacaq Danimarka və İslandiya ilə oyunlarda Portuqaliya yığmasına rəhbərlik edə biləcək. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar