Portuqaliya - Şimali Koreya 7:0
21 İyun 2010 Bazar Ertəsi 18:40
Şimali Koreya qapısından 7 qol buraxdı.
Cənubi Afrika Respublikasında təşkil olunan futbol üzrə 19-cu dünya çempionatında 11-ci günə “G” qrupunda Portuqaliya və Şimali Koreya milliləri qarşılaşıb. Bir çoxlarının Braziliya ilə oyundan sonra ümid bəslədiiyi Şimali Koreya yığması böyük hesabla məğlubiyyətə uğrayıb. Portuqaliya matçda 7 qol vuraraq Şimali Koreya yığmasını darmadağın edib. Birinci hissəni 29-cu dəqiqədə Raul Meyreleşin vurduğu qolla tamamlayan Portuqaliya ikinci hissədə şimali koreyalıların qapısından 6 cavabsız top keçirib.
53-cü dəqiqədə Simau Sabroza, 56-cı dəqiqədə Uqu Almeyda, 60-cı dəqiqədə Tyaqo, 81-ci dəqiqədə Liedson, 87-ci dəqiqədə Kriştianu Ronaldu fərqlənib. 89-cu dəqiqədə isə Tyaqo ikinci qolunu vurub.
7:0 hesablı qələbədən sonra Portuqaliya “G” qrupunda 6 xalla lider olan Braziliyadan sonra 4 xalla ikinci yeri tutub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: