“Portu”nun məşqçisindən rekord
19 May 2011 Cümə Axşamı 02:36
Portuqaliyalı məşqçi Avropa Kubokunun ən gənc qalibi oldu
“Portu”nun baş məşqçisi Andre Villaş-Boaş 33 yaş və 213 günündə Avropa liqasının qalibi olub. “Braqa” üzərində 1-0 hesablı qələbədən sonra o, Avropa Kuboklarında qalib gələn ən gənc məşqçi olub.

Bu sahədə əvvəlki rekord italiyalı Canluke Vialliyə məxsus idi. O, 1997-1998-ci il mövsümündə 33 yaş və 308 günündə “Çelsi” ilə UEFA Kuboklar Kubokunun qalibi olmuşdu.




DOSTLARINLA PAYLAŞ:

oyunlar