Polşalı qolkiper azərbaycanlı hakimi təhqir etdi
16 Dekabr 2012 Bazar 18:54
“Qəbələ” – “Simurq” oyunundan sonra xoşagəlməz hal yaşanıb.
Bu gün Azərbaycan Premyer Liqasının 17-ci turunun “Qəbələ” – “Simurq” oyunundan sonra Zaqatala klubunun qapıçısı David Pietrzkieviçlə görüşü idarə etmiş FİFA referisi Vüsal Əliyev arasında xoşagəlməz hal yaşanıb. ANS PRESS-in qol.az-a istinadən verdiyi məlumata görə, matç bitən kimi V.Əliyevə etiraz edən Pietrzkieviç sonradan onu təhqir edib. Bu səbəbdən hakim polşalı qapıçıya qırmızı vərəqə göstərib. Bu insident oyunun protokolunda da yer alıb.

AFFA İntizam Komitəsinin bu hadisə ilə əlaqədar Pietrzkieviçə bir neçə oyunluq cəza təyin edəcəyi, kluba isə cərimə kəsəcəyi gözlənilir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar