Polşa turnirində iki idmançımız finalda
20 Avqust 2010 Cümə 23:35
“Kanoe” növündə çıxış edən avarçəkənlərimiz avqustun 22-də yarışacaqlar.
Polşada avarçəkmənin “kayak” və “kanoe” üzrə Dünya çempionatı davam edir. 2 nəfərlik qayıqda çıxış edən “kanoe”çilərimiz - Sergey Bezuqlıy və Maksim Prokopenko duetinin bu günkü yürüşü də uğurla başa çatıb.
Bu dəfə çütlük 500 metr məsafəni 1 dəqiqə 41 saniyə 05 mikrosaniyəyə qət edərək, Rumıniya, Macarıstan, Bolqarıstan, Avstraliya, Koreya və Anqoladan olan rəqiblərini qabaqlayıb. Ən yaxın izləyicimiz Rumıniyadan olan Alexandru Dumitresku - Viktor Mixalaki dueti həmyerlilərimizə 6 saniyə 30 mikrosaniyə uduzaraq finiş xəttini ikinci keçib. Nəticədə yürüşün qalibi olan Sergey Bezuqlıy və Maksim Prokopenko dueti yarımfinalda iştirak etmədən birbaşa əsas finala vəsiqə qazanıb.
500 metr məsafəyə final yürüşü avqustun 22-də keçiriləcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: