Polşa millisinin baş məşqçisi istefa verdi
17 İyun 2012 Bazar 02:54
O, bu qərarını komandası EURO-2012-nin ¼ final mərhələsinə çıxa bilməyəndən sonra açıqlayıb.
Polşanın futbol millisinin baş məşqçisi Fransişek Smuda komandası Avropa çempionatının ¼ final mərhələsinə vəsiqə qazana bilmədikdən dərhal sonra istefa verib. O, bu barədə qərarını A qrupunda 3-cü turun oyunundan sonra açıqlayıb.
Polşa millisi A qrupunda cəmi iki xal toplayıb və sonuncu yeri tutub.
“Bu, mənqim millidəki fəaliyyətimin sonudur. Mənim müqaviləm EURO-2012-dən sonra başa çatır”, - baş məşqçi Polşanın TVP telekanalına bildirib.
“İnanıram ki, komandamız əhəmiyyətli irəliləyş əldə edib. İki aydan sonra 2014-cü ilin Dünya çempionatının seçmə mərhələsi başlayır. Düşünürəm ki, Polşa millisi final mərhələsinə çıxa biləcək”, - Fransişek Smuda əlavə edib.
Qrup mərhələsinin sonuncu oyununa gəlincə, baş məşqçi deyib ki, Çexiya millisi əla oyun göstərib və qol vurub: “Biz xüsusilə birinci hissədə şanslarımızdan istifadə edə bilmədik”.
DOSTLARINLA PAYLAŞ: