Pley-off mərhələsinin ilk oyunları keçirilib
11 Mart 2011 Cümə 23:21
"Lokomotiv" "Bakı"nı, "Azərreyl" isə "Şirvan"ı məğlub edib.
Bu gün voleybol üzrə Azərbaycan Super Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib. 10 turun yekununa əsasən turnir cədvəlində 3-6-cı yerlərdə qərarlaşan komandalar bir daha güclərini yoxlayıb.

Meydana əvvəlcə “Lokomotiv” və “Bakı” çıxıb. İlk setdə 25:19 hesabı ilə qələbə qazanan “dəmiryolçular” növbəti hissəni rəqibdən 4 top öndə bitirib – 25:21. Son set isə Draqutin Baltiçin yetirmələri üçün daha asan keçib. Bütün komponentlərdə “Bakı”nı üstələyən “Lokomotiv” 25:15 hesabı ilə qalib gəlib və matçın yekun hesabını müəyyənləşdirib – 3:0.

Pley-off mərhələsinin digər görüşündə “Azərreyl” “Şirvan”la qarşılaşıb. Bu duel gözlənildiyi kimi, Vüqar Əliyevin yetirmələrinin asan qələbəsi ilə başa çatıb. Belə ki, “Azərreyl” 3 setdə 75 dəfə dəqiq zərbə vurduğu halda, Adnan Kistakın komandası cəmi 38 xala sevinib – 25:11, 25:13, 25:14.

Xatırladaq ki, final mərhələsində “Rabitə” və “İqtisadçı” rəqiblərini gözləyir. Bu isə pley-offda 2 qələbə qazanacaq 2 klub olacaq.

“Lokomotiv” – “Bakı” - 3:0 (25:19, 25:21, 25:15)

“Azərreyl” – “Şirvan” - 3:0 (25:11, 25:13, 25:14)
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar