Platini özünə gəldi
10 İyul 2010 Şənbə 14:00
UEFA prezidenti Platini xəstəxanadan evə buraxılıb.
UEFA prezidenti Mişel Platini bu gün xəstəxanadan evə buraxılıb.
“Bütün tibbi göstəricilər normadadır. Platini sabah “Soccer Siti” stadionunda baş tutacaq mundialın final oyununu izləmək fikrindədir”, - deyə UEFA-nın məlumatında deyilir.
Xatırladaq ki, UEFA prezidenti Mişel Platini Yohannesburqda restoranlardan birində huşunu itirib. UEFA prezidenti bundan sonra dərhal xəstəxanaya yerləşdirilmişdi. ANSRESS
DOSTLARINLA PAYLAŞ: