Platini: ““Fənərbaxça” azarkeşləri məni asarlar!”
27 Avqust 2011 Şənbə 06:22
UEFA prezidenti “Fənərbaxça” klubunun Çempionlar liqasından uzaqlaşdırılmasını şərh edib
“Futbolçu olduğum zaman fənərbaxçalılar məni çox sevirdi. Amma indi getsəm məni asarlar”. Bunu, Türkiyənin “Fənərbaxça” klubunun Çempionlar liqasından uzaqlaşdırılmasını şərh edən UEFA prezidenti Mişel Platini deyib. Monakoda mətbuat konfransı keçirən Platini FİFA və ya UEFA prezidenti olmağın böyük məsuliyyəti olsuğunu deyib: “FiFA və ya UEFA prezidenti olmanın heç bir cazibədarlığı yoxdur. Bu vəzifələrin bir çox öhdəliyi və məsuliyyətləri var. Onlardan biri də oyunun bütövlüyünü qorumaqdır. Əgər danışıqlı oyun olubsa, qarşılaşmanın nəticəsi əvvəldən bilinirsə matça getmənin və bu barədə xəbər hazırlamanın heç bir mənası yoxdur. Bu böyük problemdir. Klublr, Milli federasiyalar, FİFA və başqa konfederasiyallar birlikdə hərəkət edərək bunun qarşısını almalıdır”.

UEFA-ya üzv olan 53 ölkə nümayəndəsini gələn ay keçiriləcək sammitə dəvət etdiklərini deyən Platini burda problemlə mübarizə yollarının müzakirə olunacağını bildirib: “Çox gec olmamış müvafiq addım atmalıyıq”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar