Planetin ən yaxşı baş məşqçiləri
09 Yanvar 2010 Şənbə 14:20
Planetin ən yaxşı baş məşqçiləri açıqlandı. Xosep Qvardiola həmkarlarını böyük xal fərqi ilə geridə qoyub.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası 2009-cu ilin ən yaxşı məşqçilərinin siyahısını tərtib edib.

Siyahıda 300 xal toplamış "Barselona"nın baş məşqçisi Xosep Qvardiola hamını üstələyib. 2-ci yerdə 137 xalla "Mançester Yunayted" klubunun şotlandiyalı çalışdırıcısı Aleks Ferqyuson yer alıb. Federasiyanın tərtib etdiyi siyahıda "İnter" klubunun portuqaliyalı baş məşqçisi Joze Mourinyo 3-cü olub.

Dünyanın ən yaxşı 16 baş məşqçisi siyahısına "Rubin"in çalışdırıcısı Kurban Berdiyev və "Şaxtyor"un rumıniyalı baş məşqçisi Mirça Luçesku da daxil edilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar