Planetin ən varlı komandası
22 İyul 2010 Cümə Axşamı 10:20
"Forbes" reytinq siyahısı tərtib edib.
Dünyada məşhur "Forbes" jurnalının araşdırmasına əsasən dünyanın ən varlı komandası müəyyənləşib. İngiltərənin “Mançester Yunayted” klubu ümumi büdcəsi 1,83 milyard dollar və illik gəliri 459 milyon dollarla ən varlı kollektiv ünvanına sahib çıxıb.

İkinci yerdə isə ABŞ-ın futbol komandası “Dallas Kovboys” qərarlaşıb. Klubun ümumi büdcəsi 1,65 milyard dollar təşkil edir.

Dünyanın ən varlı üçüncü komandası isə ABŞ-ın “Nyu-York Yanki” beysbol klubu olub. Beysbol klubunun ümumi büdcəsi 1,6 milyard dollardır. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar