PFL televiziya yayımı ilə bağlı tender keçirib
06 İyul 2012 Cümə 18:23
Azərbaycan Premyer Liqası və Kuboku oyunlarının hansı televiziyanın nümayiş etdirəcəyi bir həftədən sonra məlum olacaq.
Peşəkar Futbol Liqası bu gün 2012-2013-cü il mövsümü futbol üzrə Azərbaycan Premyer Liqası və Azərbaycan Kuboku oyunlarının yayımı hüququnun satılması ilə bağlı tender keçirib. ANS PRESS-in PFL-in saytına istinadən verdiyi məlumata görə, tenderdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev və PFL-in Texniki İdman Şöbəsinin rəhbəri Məlik Həsənovla yanaşı “İdman Azərbaycan” televiziyasından Elsevər Dünyamalıyev ilə “Xəzər” televiziyasından İbrahim Ünlübostan iştirak ediblər.
Bir illik yayım huqunun qiymətinin 500.000 Azərbaycan manatı dəyərərində müəyyən olunduğu tender 2 saatdan artıq davam edib. Peşəkar Futbol Liqasının şərtləri ilə tanış olan televiziya kanallarının nümayəndələri bir həftə ərzində PFL-in təkliflərinə cavab verəcəklərini bildirdilər.
DOSTLARINLA PAYLAŞ: