Peter Çex birinci oldu
02 Mart 2010 Çərşənbə Axşamı 18:55
Peter Çex “2009-cu ilin ən yaxşı futbolçusu” adını qazanıb
İngiltərə Premyer liqasındakı klublardan biri "Çelsi"nin qapıcısı olan Peter Çex ölkəsində “2009-cu ilin ən yaxşı futbolçusu” adına layiq görülüb.
Klubun ötən həftə Avropa Çempionlar Liqası çərçivəsində “İnter”ə 2-1 hesabı ilə məğlub olduğu oyunda baldırındakı əzələsi zədələnən 27 yaşlı futbolçu səsvermə nəticəsində qalib olub. Çexiyadakı klubların məşqçiləri, futbolçuları və jurnalistlər arasında keçirilən sorğuda Peter Çex üçüncü dəfə “İlin ən yaxşı futbolçusu” seçilib.

Dünən mükafatını almaq üçün Praqya gedən futbolçu 2005 və 2008-ci illərdə də bu mükafata layiq görülüb.

“İlin ən yaxşı futbolçusu” nominasiyasında “Qalatasaray”ın forvard oyunçusu Milan Baros ikinci olub. Üçüncü yerə isə Yaroslav Plasil layiq görülüb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar